Ermənistanın xarici işlər naziri vəzifəsindən ayrılıb

0
314

Ermənistanın xarici işlər naziri vəzifəsindən istefa verən Zohrab Mnatsakanyan bu gün rəsmi şəkildə işindən ayrılıb.

O, nazirlik əməkdaşları ilə vidalaşıb.

Mnatsakanyanın son sözləri isə bunlar olub: “Mənim istefam haqqında artıq məlumatınız var. Mən bu qurumu qorumağa çağırıram. Hər biriniz bir əsgər olaraq mövqelərinizdə möhkəm durmalısınız”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan 16 noyabrda xarici işlər nazirliyinin rəhbərinin istefasını elan etmişdi.