Son dəqiqə: Türk sülhməramlıları Qarabağa gəlir – Ərdoğanın kabineti toplanır

0
470

Türkiyə Prezidentinin Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə toplanacaq.

Kabinetin iclasında koronavirusla bağlı son vəziyyət və gündəmdə olan digər məsələlər müzakirə olunacaq.

Kabinet iclasının əsas mövzularından biri Dağlıq Qarabağda atəşkəs prosesi olacaq. Rusiya nümayəndə heyəti ilə Ankaradakı danışıqlar kabinet iclasında müzakirə ediləcək. Bölgəyə göndəriləcək Türk sülhməramlıları ilə bağlı son vəziyyət qiymətləndiriləcək.

Kabinetin iclasında Aralıq dənizinin şərqindəki proseslər, terrorizmlə mübarizə və turizmdəki 2021-ci il hədəfləri də müzakirə ediləcək.