Tarlasından 1 milyard illik qaya parçası çıxan fermer şok yaşadı…

0
495

Almaniyada bir fermerin tarlasından 140 ton ağırlığında bir qaya parçası çıxıb. 1 milyard illik olduğu ortaya çıxan qaya parçasına ad veriləciyi bildirilib. 
Almaniyanın Aşağı Saksonya bölgəsində fermerliklə məşğul olan  Franz Dörtelmanın tarlanı əkdirdiyi zaman nəhəng bir qayaya rast gəlib.
Gördüyü mənzərə qarşısında şok yaşayan adam dərhal aidiyyəti orqanlara xəbər verib. Goeloqlar 5,80 metr uzunluğu, 2,90 metr hündürlüyü və 4,50 metr eni olan qayadan nümunə götürərək labarotoriyaya göndərib. Ortaya çıxan nəticələr 140 ton ağırlığındakı qayanın yaşının 1 milyard olduğunu göstərib. Qeyd edək ki, sözügedən qayanın 14 gün ərzində ərazidən götürülərək kəndin girişinə abidə kimi qoyulacağı bildirilib.