AK rəhbəri avropalıların əmanətlərinə “əl qoymaq” istəyir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Parisdə keçirilən “La REF” konfransında çıxış edərək Avropa İttifaqı ölkələrinin vətəndaşlarının bank hesablarında saxladıqları vəsaitlərin Avropa iqtisadiyyatının ehtiyaclarına yönəldilməsini təklif edib. 

Bu barədə müvafiq post-relizdə bildirilir.

O qeyd edib ki, ev təsərrüfatlarının təxminən on trilyon avro məbləğində qənaəti depozitlərdə qalır, eyni zamanda Avropadakı yığımların əhəmiyyətli hissəsi qitədən kənarda investisiya olunur.

Bu təşəbbüs Fransanın sağçı “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo tərəfindən kəskin tənqid edilib. O, “X” sosial şəbəkəsində bu vəsaitlərin Avropaya deyil, insanlara məxsus olduğunu bildirib və fon der Lyayeni vətəndaşların yığımlarını hədəf almaqda ittiham edib.