ABŞ-ın Konqresə aralıq seçkilərdən bir gün sonra – noyabrın 4-də İrana qarşı yeni zərbələr endirə biləcəyi bildirilir.
“MS NOW” telekanalı bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək “qısa və intensiv zərbələr mərhələsinə” hazırlaşmağa çağırıb. Vaşinqtonun Fars körfəzindəki müttəfiqləri isə İranın mümkün cavab zərbələrindən ehtiyat edərək gərginliyin azaldılmasına çalışırlar.
Qeyd edək ki, bundan əvvəl İran mümkün “terror aktları” baş verəcəyi təqdirdə hərbi planının hazır olduğunu açıqlayıb. Tehran rəqibinin və onun regional müttəfiqlərinin obyektlərinə zərbələrin əhatəsini genişləndirə biləcəyini bəyan edib.



