Dünyanın ən bahalı şirkəti dəyişdi: “Apple” yenidən liderdir

ABŞ-ın texnologiya nəhəngi “Apple” bazar dəyərinə görə “Nvidia”nı geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti olub.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı “Nvidia”nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.

Beləliklə, “Apple” rəqibini 100 milyard dollar qabaqlayıb.

Agentlik bildirir ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoymağa nail olmuşdu.

“Bloomberg”in təhlilinə əsasən, şirkətin yenidən liderliyə yüksəlməsi investorların süni intellekt sektoruna yatırılan böyük həcmdə investisiyalarla bağlı narahatlıqları fonunda baş verib.

İnvestorlar hazırda “iPhone” istehsalçısının səhmlərini daha etibarlı investisiya hesab edirlər.