Botulotoksinin tibbi və kosmetoloji məqsədlərlə istifadəsi zamanı, xüsusilə də icazə verilən dozanın aşılması halında yan təsirlərin yaranması ehtimalı var”.
Bunu Primorye diyarının Səhiyyə Nazirliyinin baş epidemioloqu İrina Poviliçenko “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, botulizmin klinik təzahürləri ciddi ola bilər, çünki xəstəliyin törədicisi güclü neyrotoksin ifraz edir.
Mütəxəssis vurğulayıb ki, fəsadların profilaktikası üçün bu cür prosedurları həyata keçirmək hüququ olan, botulotoksin tərkibli preparatların düzgün saxlanma şəraitinin təmin edildiyi və ixtisaslı kadrların çalışdığı müəssisələrə müraciət etmək vacibdir.



