DAMM-nin Fəxri üzvü Sabir Hacıyevə dərin hüznlə başsağlığı

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbərliyi və kollektivi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri üzvü, yazıçı, publisist, jurnalist, uzun illər Türkiyə və İran Respublikasında diplomat kimi fəaliyyət göstərmiş Sabir Hacıyevə qardaşı, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki, Aprel döyüşlərinin iştirakçısı, Repressiya Muzeyinin rəisi Mehman Həbib oğlu Hacıyevin qəfil vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Mehman Hacıyev ömrünü Vətənə xidmətə həsr etmiş, uzun illər Dövlət Sərhəd Xidmətində şərəflə xidmət göstərmiş, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq nümayiş etdirmişdir. Təqaüdə çıxdıqdan sonra isə Repressiya Muzeyinin rəisi kimi fəaliyyət göstərərək xalqımızın tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə çatdırılmasına dəyərli töhfələr vermişdir.
Bu ağır itki münasibətilə əziz dostumuz və Fəxri üzvümüz Sabir Hacıyevə, mərhumun bütün ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan Mehman Hacıyevə rəhmət, məkanını cənnət, ailəsinə və onu sevən hər kəsə səbir və dözüm diləyirik.
Allah rəhmət eləsin, ruhu şad olsun.