Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbərliyi və kollektivi sabiq millət vəkili, DAMM-nin Fəxri üzvü Tahir Kərimliyə bacısı Saabxanımın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən mərhumun əziz xatirəsini ehtiramla yad edir, onun ailəsinə, yaxınlarına və doğmalarına səbir diləyirik.
Qeyd edirik ki, Saabxanım həm də Vətən uğrunda canından keçmiş şəhidimizin anası idi. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, lakin Vətənin ağır günlərində təhsilini yarımçıq qoyaraq 1992-ci il iyunun 16-da könüllü şəkildə Ağdam uğrunda gedən döyüşlərə qatılmış və cəmi iki gün sonra – iyunun 18-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid anası kimi Saabxanım ömrünün ən ağır sınaqlarından birini böyük mətanətlə yaşamış, övladının əziz xatirəsini daim qürurla yaşatmışdır.
Bu ağır itki münasibətilə sabiq millət vəkili Tahir Kərimliyə, mərhumun bütün ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan Saabxanıma rəhmət, məkanını cənnət, doğmalarına isə səbir diləyirik.
Allah rəhmət eləsin, ruhu şad olsun.




