“OpenAI” şirkətinin süni intellekt agentləri “Wikipedia”nın resurslarına daxil olublar.
Bu barədə internet ensiklopediyasının operatoru “Wikimedia Foundation” öz saytında məlumat yayıb.
Məlumata görə, neyron şəbəkə “Wikipedia”nın “təcrid olunmuş” bölmələrində düzəlişlər edib. Bundan əlavə, onlar istinad alətlərinin konfiqurasiyasını dəyişdirməyə cəhd göstəriblər. Qeyd olunur ki, bu fəaliyyətlər may ayında “Wikidata”nın fəaliyyətində nasazlığa səbəb olub.
“Wikimedia” əlavə edib ki, belə insidentlər məxfi məlumatların açıqlanmasına və ya veb-xidmətlərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Süni intellekt agentləri həmçinin saytlara qarşısıalınmaz hücumlar həyata keçirə bilərlər.
Qeyd edəki, daha əvvəl “OpenAI”ın süni intellekt agenti Avstraliyanın dövlət səhiyyə sisteminin saytını sındırmışdı. Portalda xərclər barədə məxfi olmayan məlumatlar və proqram haqqında ümumi məlumatlar saxlanılır.



