ABŞ Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi: Dərhal ölkəni tərk edin

ABŞ Rusiyada yaşayan vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Bildirilib ki, buna səbəb Sibirdə yerləşən vəba araşdırma institutunda laboratoriya əməkdaşının şübhəli infeksiya nəticəsində ölməsi və hadisədən sonra karantin tədbirlərinin tətbiq edilməsidir.

ABŞ-ın Rusiyadakı səfirliyi vəziyyəti yaxından izlədiyini açıqlayıb. Vaşinqton Rusiyada olan vətəndaşları üçün təhlükəsizlik və sağlamlıqla bağlı xəbərdarlıqları yeniləyib.

Səfirlik Moskva xaricində ABŞ vətəndaşlarına birbaşa yardım göstərmək imkanlarının məhdud olduğunu bildirib. Sağlamlıq və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ABŞ əməkdaşlarına tətbiq edilən səyahət məhdudiyyətlərinin də artırıla biləcəyi qeyd olunub.