2026-cı il ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub.
Bu barədə “Nobelprize.org” məlumat yayıb.
Məlumata görə, 2026-cı il ədəbiyyat üzrə Nobel mükafatı kanadalı şair Enn Karsona verilib.
Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatının laureatı 1786-cı ildə yaradılmış İsveç Akademiyası tərəfindən seçilir. Bu mükafat 1901-ci ildən bəri 119 dəfə təqdim edilib və ümumilikdə 123 nəfərə verilib.





