Fransanın Ermənistandakı səfirliyində keçirilən tədbirdə bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Məlumata görə, iyulun 14-də səfirlikdə Fransanın milli bayramı ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirə siyasətçilər, ictimai xadimlər, səfirlər və digər rəsmilər daxil olmaqla çox sayda qonaq dəvət olunub. İştirakçılar arasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da daxil olmaqla bir sıra yüksəkvəzifəli şəxslər də yer alıb.
Ziyafətdən bir neçə saat sonra qonaqların bir qismi bağırsaq infeksiyası simptomları ilə tibbi yardıma müraciət edib.




