İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı

İspaniyada Roma Papası XIV Leonun rəhbərlik etdiyi messada (dini ayində) iştirak etmək üçün təxminən 1.2 milyon insan paytaxt Madridin Sibeles meydanı ətrafına toplaşıb.

Bu barədə “Reuters” agentliyi mərasimin təşkilatçılarına istinadən xəbər verir.

Bu hadisə pontifikin İspaniyaya birhəftəlik səfəri çərçivəsində ən kütləvi tədbir olub. Roma Papasının iyunun 6-dan 12-nə dək İspaniyaya reallaşan səyahəti onun İtaliya hüdudlarından kənarda Avropa İttifaqı ölkəsinə ilk səfəridir. Səfər şənbə günü miqrantlar və evsizlərlə görüşlərlə, həmçinin Madriddə təxminən 600 000 gəncin iştirak etdiyi gecə ibadəti ilə başlayıb.