İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun cənub şəhərətrafı qəsəbəsi olan Dahiyədə “Hizbullah” təşkilatının obyektinə zərbə endiriblər.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
“Baş nazir Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, İsrail Müdafiə Ordusu “Hizbullah” tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiyə rayonundakı terrorçuların qərargahına hücum edib” , – deyə bəyanatda vurğulanır.




