1989-cu ildə “Kalqari Fleyms”i Stenli Kubokuna aparan və “Toronto”nun 1990-cı illərdə çempionat liderlərindən biri olmasına kömək edən Milli Xokkey Liqasının (NHL) keçmiş icraçı direktoru Klif Fletçer 90 yaşında vəfat edib.
Bu barədə “Toronto”nun mətbuat xidməti məlumat verib. O, ölənə qədər bu komandada baş məsləhətçi vəzifəsində çalışıb.
Fletçer NHL karyerasına 1972-ci ildə yeni qurulan “Atlanta Flames” komandasının baş meneceri olaraq başlayıb. Klub 1980-ci ildə Kalqariyə köçdükdən sonra vəzifəsini qoruyub. 1986-cı ildə komanda Stenli Kubokunun finalına yüksəlib, 3 il sonra isə titulu qazanıb.
1991-ci ildə Fletçer “Toronto”ya qoşulub və üç vəzifə tutub: baş əməliyyat direktoru, prezident və baş menecer. Fletçer 1997-ci ilə qədər bu komandanın rəhbərliyində çalışıb, bundan sonra “Tampa”, “Arizona” komandalarında inzibati vəzifələr tutub. 2008-ci ildə “Toronto”ya qayıdıb və ölənə qədər burada çalışıb.
2004-cü ildə xokkey oyununa verdiyi görkəmli töhfələrə görə Şöhrət Zalına daxil edilib.





