
Azərbaycan əzəldən qəhrəmanlar diyarı kimi tanınır. Babək, Cavanşir, Nəbi,
Koroğlu, Tomris, Həcər, Nigarın timsalında mərd oğul və qızlarımız Azərbaycan adlı məmləkətin tarixi salnaməsini yaratmışlar.
Xalqı zülmkarlardan, düşmənlərdən azad etməyə çalışan igidlərimizi bizlərə ya qaçaq, ya quldur, ya təxribatçı, ya da ki, üsyankar kimi qələmə verməyə çalışsalar da xalq belə oğullarına dəyər verib, nəsildən-nəsilə dillər əzbəri etmişdir. O oğullar ki, cəsarəti, hünəri, vətən sevgisini silaha çevirib, şəhid olduqda isə cismi ilə qorumağa çalışıb Vətənini.
Belə təxribatlardan birinin qurbanı olan – İranda Azərbaycan Səfirliyinin diplomatik nümayəndəliyinin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov həlak olmuş, mühafizəçilər Tağıyev Vasif və İmanov Mahir isə ağır yaralanmışlar.
Xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün ev sahibi olaraq ölkənin üzərinə məsuliyyət düşür. Təəssüflər olsun ki, 3 il bundan öncə, 2023-cü il yanvarın 27- də Azərbaycan Respublikasının İran İslam Respublikasının Tehrandakı səfirliyində baş vermiş hadisə zamanı terrorçu Kalaşnikov avtomatı ilə səfirliyin binasına hücum edib, təhükəsizlik postunu yararaq səfirliyin əməkdaşlarına atəş açmışdır.
Bu xəbər həm siyasi nöqteyi nəzərindən, həm də mənəviyyat tərəfindən bütöv Azərbaycanı sarsıtmışdı. Baş vermiş faciə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərovun – yaşının bahar çağında şəhid olması ilə gənc ailənin başsız qalması, iki övladın atasız böyüyəcəyi, valideyinlərin oğulsuz, həyat yoldşının arxasız qalmasından- keçəcək ağlısığmaz həyat yaşandı.
Nəzərə almaq mütləqdir ki, Orxan Əsgərov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxsdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət”ordeni; Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra); İmanov Mahir Kamil oğlu “Vətən Uğrunda” medalı ilə təltif edilmişlər.
Silahlı hücum zamanı mühafizəçi Vasif Natiq oğlu Tağıyev həyatını təhlükəyə ataraq, vəzifə borcunu yerinə yetirərək, cinayətkarın üstünə atılaraq, onu zərərsizləşdirmiş, aldığı güllə yaralarına baxmayaraq, səfirlikdə yaşayan neçə-neçə ailə üzvlərinin həyatını xilas etmişdir.
-“Oğlumuz Vətənpərvər olduğundan işinin də ustası oldu, Tehranda baş vermiş hadisədə terrorçu ilə sona qədər əlbə-yaxa olub, mübarizə apardı, ən azından 30-40 ailəni göz dağından uzaqlaşdırdı. Çənəsindən aldığı ağır güllə yarasından bir neçə dəfə əməliyyat olunan Vasifim, 9 saat davam edən son əməliyyatdan şükürlər olsun ki, salamat çıxdı. Mən deyərdim ki, Allah Təala mənə onu yenidən bəxş etdi” – deyən, Təranə xanım bu gün yenidən bu halları yaşayır.
Bu hər oğulun gördüyü iş deyil. Bunu – Vətənin nər oğlu, cəsarətli, Vətənini sevən insan, hətta doğmalarını belə o anda unudan qəhrəmanımız etdi. Vasif Tağıyevin bu hərəkətilə, ən azından 30-40 ailəni göz dağından uzaqlaşdırıb.
İgidlərimizin ruhu şad olsun, nə yaxşı ki, Vətənimizi, torpaqlarımızı qoruyan fəxr edəcək, qürur duyacaq kişi qeyrətli Orxanlarımız, Vasiflərimiz, Mahirlərimiz var. Göstərdiyi bu qəhrəmanlığa görə Vasif Tağıyevin alnına sanki möhür əvəzi “Rəşadət Ordeni ilə Vətənpərvər İgid” yazıldı!
Vasif Tağıyev bu gün də heç nədən çəkinmədən, Rusiya-Ukrayna müharibəsinin gərgin vaxtında – Cənab Prezidentimizə verdiyi sözə əməl edərək – Ukraynada Azərbaycan Respublikasının səfirliyində Azərbaycan əsgəri kimi yenə xidmətdədir. Ona bu işində uğurlar arzulayaq!
Orxan əsgərovun ata-anasına, həyat yoldaşı Aynur xanıma səbr diləyib, Allahdan rəhmət diləyək.

Yazıçı-Publisist, Tarix ü.f.doktoru Dilarə Ağaus aNağıyeva
24.01.2026




