Uelsin şimal-qərb sahilindəki kiçik Tregayan kəndinin sakini Uilyam Ap Hauell 105 il yaşayıb.
Bu illər ərzində o, 43 uşaq atası olub.
Uelsin “ən məhsuldar” atası haqqında ilk dəfə hələ 1778-ci ildə məlumat dərc olunub. O, 21 yaşından etibarən hər iki ildən bir övlad sahibi olurmuş.
Məlumata görə, Uilyamın uşaqlarını beş müxtəlif qadın dünyaya gətirib. Maraqlıdır ki, o zaman kəndin əhalisi cəmi 80 nəfər idi.




