Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
Bu barədə APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.



