“Starlink” qlobal peyk rabitəsi sistemi Venesuelanı pulsuz genişzolaqlı internetlə təmin edəcək.
Bu barədə şirkətin “X” platformasında yaydığı məlumatda deyilir.
“Starlink” Venesuela xalqına fevralın 3-dək pulsuz genişzolaqlı rabitə imkanı yaradacaq”, – deyə paylaşımda vurğulanır.
Qeyd edək ki, ötən gün ABŞ qırıcıları Venesuelanın paytaxtına və digər şəhərlərə zərbələr endirib, hərbçilər Prezident Nikolas Maduronu saxlayaraq ABŞ-yə gətiriblər.




