Bu gün Qəbələ rayon Savalan kənd şəhidi Əhmədov Mikayıl Hümbət oglunun 5- ci il dönümü qeyd olundu.
Tədbirdə şəhid ailələri , Qəbələ TV, yazarlar , qazilər, ilahiyyatçılar Savalan məktəb müəllimləri,Agdaş müəllim , şagird kollektivi,Oğuz, Qəbələ şəhid ailələri, iştirak etdilər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur
Şəhidin qəhrəmanılıgından danışmış, ailəsinə başsağlığı vermişlər.
Şəhidin adına ucalmış abidəsi ziyarət olunmuşdur.
Sonra Mikayıl Əhmədovun abidə kompleksində onun xatirəsinə həsr olunmuş tədbirb keçirildi. Savalan orta məktəbində təhsil alan şagirdləri tərəfindən kompensasiyalar, şeirlər toplusu eksklüziv olaraq nümayiş etdirmişdilər.
Məktəbin direktoru müəllimləri çıxış edərək şəhid ailələrinə başsağlığı vermişdir.
Tədbir də çıxış edən şəhid ailələri Savalan orta məktəbin müəllim, şagird kollektivinə minnətdarlığını bildirmişdir.
Şəhid əsgər Əhmədov Mikayıl 1993 çi il iyul ayının 24-ü Qəbələ rayonu Savalan kəndində dünyaya gəlib. Orta təhsilini Savalan kənd məktəbində alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bitirmişdir. Hərbi xidmətini bitirəndən sonra Savalan kəndi məscidinin fəaliyyəti üçün çalışmışdır. Əhmədov Mikayıl İkinci Qarabağ müharibəsinə 2020 çi il 5 oktyabrda getmişdir. Müharibədə bir neçə yerin düşməndən azad olunmasında yaxından iştirak etmişdir. Şəhid Əhmədov Mikayıl 2020 çi il 2 noyabr tarixində Şuşa yaxınlığında Daşaltı kəndində qəhrəmancasına şəhid olmuşdur. 2020 çi il 3 noyabrda Qəbələ rayonu Savalan kənd qəbristanlığında dəfn olunub.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB
Qəbələ rayon nümayin rəhbəri








