İran Avstriyaya birbaşa uçuşları bərpa edir.
Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından bildirilib ki, Vyanaya İsraillə münaqişə səbəbindən dayandırılan reyslər noyabrın 12-də bərpa olunacaq. Onları Avstriya Hava Yolları həyata keçirəcək. Lufthansa da iki ay ərzində Almaniyanın Frankfurt şəhərinə və oradan geri uçuşlara başlayacaq.




