Zəfər, zəfər mənimdir ,deyə bilənindir

Qəbələ rayonu Zərgərli kənd şəhid Şöhrət Mikayılovun 5- ci il dönümü qeyd olundu.

Tədbirdə kənd icra nümayəndəsi, ilahiyyatçılar, təşkilat rəhbərləri,məktəblilər, müəllim kollektivi, Qəbələ , Oğuz, Ağdaş şəhid ailələri,Qəbələ TV, , kənd sakinləri, yazarlar iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş, ruhana dualar oxunmuşdur.

Şəhidin atası çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.

Şöhrət Mikayılov 26 fevral 2002-ci il tarixində Qəbələ rayonunun Zərgərli kəndində anadan olmuşdur.

Tədbir ata ocağınada ehsan süfrəsi arxasında davam etmişdir 

2008-ci ildə Qəbələ rayonu Zərgərli kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 2019-cu ildə isə orta təhsilini Nic kəndində yerləşən 4 saylı orta məktəbdə başa vurmuşdur.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda Şöhrət Mikayılov müddətli həqiqi hərbi xidmətdə idi və xidmət etdiyi hərbi hissənin sıralarında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılmışdır.

Şöhrət Mikayılov Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.

31 oktyabr Zəngilan-Qubadlı istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.

Şöhrət Mikayılov 1 noyabr 2020-ci il tarixində Qəbələ rayonunun Zərgərli kənd qəbristanlığında dəfn olunmuşdur

Allah rəhmət eləsin!

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri