İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında humanitar fəlakətə səbəb olan hücumları daha da artırmaq niyyətindədir.
İsrail mediasının məlumatına görə, Netanyahu təhlükəsizlik kabinetini toplayaraq yeni qərarlar qəbul etməyə hazırlaşır.
İsrail dövlət televiziyası KAN-a danışan bir neçə yüksək səviyyəli nazir də baş nazirin Qəzzaya hücumları israilli əsirlərin saxlandığı düşünülən ərazilərə çatdırmaq qərarına gəldiyini bildirib.
Məlumata görə, Netanyahunun bu istimaqamətdə əsasən üç məqsədi var. Bunlar düşmənin məğlubiyyəti, əsirlərin azad edilməsi və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir.
Qeyd edilib ki, İsrail Nazirlər Kabineti bu həftə hərtərəfli hücum planını müzakirə edəcək.



