Məşhur özbək hakim: Hər şey hava şəraitindən asılıdır

Özbəkistanlı hakim İlgiz Tantaşev 2026-cı il Dünya Kuboku oyunlarında tətbiq edilən su fasilələri ilə bağlı fikirlərini bildirib.

İlgiz “Sport24”-ün müxbirləri Boris Korolev və Sergey Kozlovla müsahibəsində bu haqda danışıb.

– Bu Dünya Kubokunda su fasilələri qarışıq reaksiyaya səbəb oldu. Doğrudanmı, bunlar həmişə zəruri idi?

– Hər şey hava şəraitindən asılıdır. Paraqvay-Fransa oyunum 39 dərəcədə – dözülməz istidə baş tutdu. Üç dəqiqəlik fasilə həm oyunçuları, həm də hakimləri xilas etdi. Daha soyuq iqlim şəraitində buna ehtiyac yox idi, amma FİFA vahid standart müəyyən etmişdi.