Xoşbəxt yaşamaq hər kəsin haqqı

0
1747

Sağlam və şikəst insanların yaşadığı bu dünyada ürəkdən sevinmək çox vaxt mümkün deyil. Ancaq şikəst insanların belə xoşbəxt günləri olur.
Acılı, sevincli günlərlə dolu həyatımız xoşbəxtlik uğrunda mübarizə ilə keçir. Bu mübarizədə səbrli olanlar, qibtə hissi olmayanlar daha çox qazanır. Allah insanları xoşbəxt yaradır deyə düşünənlər, bəlkə də səhv etmirlər. İnsanların doğulduqdan sonra yaşadıqları onun ətrafındakılardan asılıdır.
Bu müddətin nə qədər olacağı bəlli deyil. Amma, sağlamların şikəstlərə yardımı hər zaman aktualdır.
Bu işi edə bilənlər heç bir zaman təəssüf hissi keçirtməməlidirlər. Əksinə, nə qədər savab iş gördüklərini anlamalıdırlar.
Bu qarşılıqlı təminat və razılıq dünyanın savab çəkisinin artımıdır.
Onu da unutmamalıyıq ki, bu dünyada çox zaman qeyri-sağlam insanlar, sağlam insanlardan daha çox işə yararlı olurlar.
Hər bir şikəst bacarığına uyğun iş tapıb çalışır, bacarığlı, sağlam insanların bir çoxu isə iş görməkdən uzaq qaçırlar. Bu kədərləndirici faktlar dünyanı sevinclə başa vurmağa əngəl törədir.
Bu və bu kimi digər faktların qarşısının alınması üçün dövlət başçılarının qərarlarına ümid edirik.
Bizim dövlət başçısının müvafiq göstərişləri bizə ümid verir ki, ölkəmizdə sağlam və şikəst insanlara olan diqqət dövlətin özünəməxsus qərarları ilə həyata keçirilsin.

Sənubər