ÜST koronavirusun müalicəsi üçün daha 2 preparatı təsdiqlədi

0
286

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.

Xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVID-19 xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.

Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.