“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

0
344

 

“Yuventus”un mətbuat xidməti klubun müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkar edildiyini bəyan edib.

“Sport Arena” xəbər verir ki, hazırda 25 yaşlı idmançıda xəstəliyin simptomları müşahidə edilmir.

Qeyd edək ki, o, cari mövsümdə “Yuventus”un heyətində yeddi oyun keçirib.