3 may 2026 cı il tarixində LİTERA kitab evində müvəffəqiyyətlə həyata keçirildi. Açılış nitqini Əməkdar müəllim, Azərbaycan Pedaqoji Universitetinin elmi işçisi Zülfiyyə Vəliyeva etdi. Azərbaycan Dövlət Himni səsləndirildi. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsi yad edildi. Daha sonra söz layihə müəllifi Jalə Mirsaaba təqdim edildi.Jalə xanım Layihənin məqsədi haqqında ətraflı məlumat verdi.
Tibb və Təhsildə Birgə İnteqrasiya Layihəsi Tibb və Təhsil mütəxəssislərini bir araya gətirərək elmi məlumatlari birgə paylaşım etməkdir .
Layihə tibb və təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Tibb və Təhsildə Birgə İnteqrasiya Layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş Əbədi Yaşar Liderimiz haqqında bədii görüşdə Oksford Birləşmiş Akademiyasının akademiki və “Alternativ Psixologiya” Departamentinin rəhbəri,”Alternativ psixologiya” elminin müəllifi, Tibbi-biologiya elmləri,doktoru,professor, Beynəlxalq Ekoenergetika Akademiyasının Vitse-Prezidenti,”Tibbi biologiya və Ekologiya departamentinin direktoru,”Tibb və Təhsilin Birgə İnteqrasiyası” layihəsinin Spikeri İbadov Yaşar Saday oğlunun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə ithaf etdiyi “Xalqın İnamı, ümidi və xilaskarı” kitabının təqdimatı müvəffəqiyyətlə həyata keçirildi. Layihədə iştirak edirdi Pedaqogika üzrə fəlsəfə doktoru, alim Sədaqət Rəhimova.
Tibb eksperti, həkim Dilşad Mahmudova Azərbaycanımn kimyaçı alimi Almara Hümmətova
EKMİB -icraçı direktoru, Psixoloq Yeganə Cəfərova. APRİM_-rəhbəri, Fizioterapevt
Asimə Ziyadxanqızı. BMT -nin sülh məramlı səfiri.Əslizadələr meclisin üzvü. Qarabağ Şəhid ailələri , veteranları vətənpərvərlik komitəsinin sədri. Kifayət Xudaverdiyeva Biznes İdarəçilikdə Mühasib.
Gülzar Məmmədova Ülkər Psixologiya Mərkəzi nəzdində fəaliyyət göstərən Tələbə Cəmiyyəti üzvləri
Məryəm Göyüşova Şahnaz Səxavətqızı Gənclərin Səsi Platformasının Sədri Telman Aslanlı
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımızın milli birliyinin təmin olunması və ölkəmizin dünya birliyində layiqli yer tutması naminə misilsiz xidmətlər göstərmişdir. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan inkişaf və sabitlik yoluna qədəm qoymuş, dövlətçilik ənənələri daha da güclənmişdir.
Heydər Əliyevin zəngin siyasi irsi, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsi bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası ölkəmizin tərəqqisinin möhkəm təməlini təşkil edir.
Bu əlamətdar gün münasibətilə Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla anır, onun ideyalarına daim sadiq qalacağımızı bildiririk.
Ruhu şad olsun!
Jalə Mirsaab
Ülkər Psixologiya Mərkəzi rəhbəri
Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr edilmiş
Tibb və Təhsildə Birgə İnteqrasiya layihə müəllifi













