Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gənclər Şurasının təşkilatçılığı ilə Dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbiri Mərkəzin Prezidenti Rasim Məmmədov açdı. Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Rasim müəllim Dahi şəxsiyyət H.Əliyevin mənalı ömür yolu barədə məlumat verdi. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Vitse-prezidenti, dosent Afaq İsmayılova, tarixçi – alim İsa Quliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri Ayşən Qarayeva, Gənclər Şurasının üzvü Nurdan Öztürk və başqaları düşmən üzərində tarixi qələbənin qazanılmasında Dahi şəxsiyyət H.Əliyevin siyasi varisi, Ali Baş Komandan İlham Əliyev müstəsna xidmətlərini qeyd etdilər.
Ayşən Qarayeva,
04.05.2026.











