Türkiyədə müxtəlif cinayətlərdə ittiham olunaraq barəsində axtarış qərarı çıxarılan Ö.A.K. Azərbaycanın paytaxtı Bakıda saxlanılaraq ölkəsinə göndərilib.
Türkiyə Daxili İşlər Nazirliyi Azərbaycan polisi ilə birgə beynəlxalq əməliyyat keçirildiyini açıqlayıb.
Nazirliyin açıqlamasına görə, iş adamlarından hədə-qorxu ilə pul tələb etmə ilə bağlı hadisələrdə iştirak etdiyi bildirilən Ö.A.K.-nin izi müəyyənləşdirilib. Onun “yeni nəsil cinayət təşkilatlarının üzvləri ilə əlaqəsi” də üzə çıxıb.
Barəsində “qəsdən adam öldürmə”, “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə”, həmçinin iki ayrı “lisenziyasız odlu silah və patronları alma və ya daşıma” cinayətlərinə görə axtarış qərarı çıxarılan Ö.A.K. Bakıda saxlanılıb.
Şübhəli şəxs Türkiyəyə aparılıb.



