Təhsil yalnız müəllimin və ya şagirdin üzərinə düşən məsuliyyət deyil. Uşağın uğurlu gələcəyinin təməlində məktəb, müəllim, şagird və valideynin birgə əməkdaşlığı dayanır. Mən bu birliyi bir növ “təhsil piramidası” adlandırardım.
Bu piramidanın hər bir tərəfi bir-birini tamamlayır. Müəllim öz biliyi, zəhməti və fədakarlığı ilə şagirdə yol göstərir. Şagird öyrənməyə, çalışmağa və məqsədinə çatmağa səy göstərir. Valideyn isə övladının arxasında dayanaraq onun təhsilinə, tərbiyəsinə və gələcəyinə dəstək olur. Məktəb rəhbərliyi isə bütün bu prosesin düzgün istiqamətdə qurulmasına şərait yaradır.
Xüsusilə vurğulamaq lazımdır ki, uğur yalnız maddi imkanlarla ölçülməməlidir. Əsl uğur savad, zəhmət, düzgün istiqamət və davamlı əmək nəticəsində qazanılan nəticədir. Valideynin dəstəyi, müəllimin əməyi və şagirdin çalışqanlığı bir araya gəldikdə, yüksək nəticələrin əldə olunması üçün möhkəm zəmin yaranır.
Qəbələ rayonunun 4 saylı Nicat Apayevadına məktəbində müəllim və məktəb rəhbərliyinin bu məsələyə münasibəti də məhz bu əməkdaşlığın əhəmiyyətini göstərir. Məktəb, müəllim, şagird və valideyn arasında qurulan sağlam münasibət uşaqların gələcəyinə qoyulan ən böyük sərmayələrdən biridir.
Çünki güclü təhsil güclü cəmiyyət, savadlı şagird isə işıqlı gələcək deməkdir.
Bu səbəbdən mənim fikrimcə, təhsilin əsas düsturu belədir
MƏKTƏB + MÜƏLLİM + ŞAGİRD + VALİDEYN = UĞURLU GƏLƏCƏK.
Təranə Almemmedova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri





