Talibandan qızlarla bağlı yeni qəribə qanun

Əfqanistanda qız uşağının susmasını nikaha razılıq kimi qəbul etməyə imkan verən qanun qəbul edilib.

Qanunda qeyd olunur ki, “yetkinlik yaşına çatmış bakirə qız” açıq şəkildə imtina etmədiyi halda, avtomatik olaraq evliliyə razı hesab edilir. Eyni zamanda kişinin və ya əvvəllər evli olmuş qadının susması razılıq kimi qəbul edilmir.

Bundan əlavə, qanun atalara və babalara uşaqların erkən nikahını təşkil etmək hüququ verir. Formal olaraq qız böyüdükdən sonra belə nikahın ləğvini tələb edə bilər, lakin bu yalnız Taliban məhkəməsinin icazəsi ilə mümkün olacaq.