Təyyarənin qəza anını saniyə-saniyə görüntülədi – ANBAAN VİDEO

0
332

Rusiyanın Maqadan vilayətində yerə çırpılan təyyarənin sərnişini hadisə anının görüntülərini paylaşıb.

Kadrlarda hava gəmisinin havaya qalxması, sonra qəfil yüksəkliyi itirməsi görünür, göyərtədən qışqırıq səsləri eşidilir.

Xatırladaq ki, AN-2-nin göyərtəsində iki heyət üzvü və 12 sərnişin olub. Təyyarə havaya qalxandan dərhal sonra yerə çırpılmışdı. Hadisə nəticəsində yeddi nəfər yaralanıb.

Müstəntiqlər baş verənlərlə bağlı iki əsas versiyanı nəzərdən keçirirlər: təyyarənin texniki nasazlığı və uçuş qaydalarının pozulması.

Təyyarənin istismarı və hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.