Süleymaninin dəfnində izdiham: Ölənlərin sayı artdı – FOTO/VİDEO

0
470

ABŞ-ın hava hücumu nəticəsində Bağdadda öldürülən iranlı general Qasım Süleymaninin Kirmanda keçirilən dəfn mərasimi zamanı yaranan izdihamda ölən və yaralananların sayı artıb.

“Bloomberg” xəbər verir ki, hadisə nəticəsində 40 nəfər ölüb, 213 nəfər yaralanıb.

Məlumatlara görə, yaralıların bəzilərinin vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna edilmir.

15:42

General Qasım Süleymaninin dəfn mərasimində baş verən izdiham nəticəsində yaralananların sayı artıb.

Bununla bağlı IRIB telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 190 nəfər yaralanıb, 35 nəfər ölüb.

Qeyd edilib ki, mərasimə milyondan çox insan qatılıb.

13:59

General Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdiham çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olub.

“Anadolu Ajansı” xəbər verir ki, izdiham nəticəsində 35 nəfər həlak olub, 48 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, Q.Süleymani doğulduğu Kirman əyalətində dəfn edilib.

Mərasim zamanı səhər sahatlarından on minlərlə insan küçələrə və meydanlara axışıb.

13:43

ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.

“Son Dakika” xəbər verir ki, Q.Süleymaninin dəfn mərasimi doğulduğu İranın Kirman əyalətində baş tutub.

Mərasim zamanı səhər sahatlarından on minlərlə insan küçələrə və meydanlara axışıb.

İnsan sayının çox olmasından yaranan izdiham nəticəsində ölənlər olub.

Ölənlərin dəqiq sayı barədə məlumat yoxdur.