Rusiya Xarkovu vurdu

Xarkovda Rusiya ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

O bildirib ki, bu gün Rusiya ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Zərbələr nəticəsində anbar sahələrində yanğın baş verib, bir neçə yaşayış binasına ziyan dəyib.

Terexovun sözlərinə görə, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.

Hazırda ərazidə xilasetmə və axtarış işləri aparılır.