Ötən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus təyyarə tipli 117 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücumlar mayın 3-ü saat 20:00-dan mayın 4-ü səhər saat 07:00-a qədər davam edib.
Məlumata görə, Ukrayna PUA-ları Həştərxan, Belqorod, Voronej, Volqoqrad, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Ulyanov vilayətlərini və Moskva regionunu əhatə edən geniş ərazidə hədəfləri vurmağa cəhd göstərib.




