Rusiya mayın 19-dan 21-dək genişmiqyaslı nüvə təlimlərinə başlayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimlər “təcavüzkar təhlükə qarşısında nüvə qüvvələrinin hazırlanması və istifadəsi” ssenarisi üzrə keçirilir.
Təlimlərə 64 mindən çox hərbçi, 7800-dən artıq texnika, 200 raket buraxılış qurğusu və səkkiz strateji sualtı qayıq cəlb olunub. Manevrlərdə Strateji Raket Qüvvələri, Sakit Okean Donanması və Şimal Donanması iştirak edir.
Nazirlik bildirib ki, əsas məqsəd düşməni çəkindirmə tədbirlərini məşq etmək və qoşunların döyüş hazırlığını yoxlamaqdır.
Bundan bir gün əvvəl Belarus da Rusiya ilə birgə nüvə silahları təlimlərinə başladığını açıqlayıb.
Qeyd edək ki, Rusiya ordusu uzun illərdir strateji nüvə silahları ilə bağlı müntəzəm təlimlər keçirir. 1990-cı illərdə bu manevrlər ildə bir neçə dəfə təşkil olunurdu. 2013-cü ildə isə Vladimir Putin nüvə qüvvələrinin qəfil yoxlanışını elan etmişdi.




