“Qiyamətin əlaməti”: Nəhəng bulud ABŞ sakinlərini dəhşətə gətirdi – VİDEO

0
464

ABŞ-ın Rod-Aylend ştatının sakinlərini qeyri-adi təbiət hadisəsi dəhşətə gətirib.

“Daily Star” xəbər verir ki, günbatana doğru insanlar onların üzərinə nəhəng buludun yaxınlaşdığını görüblər.

Şahidlər uzunluğu yüzlərlə kilometr olan bu qorxulu “səma divarını” lentə almağa nail olublar.

Koronavirus səbəbindən əsəbləri gərgin olan insanlar bunu “qiyamətin əlaməti” adlandırıb.