“Qarabağ”dan növbəti transfer – Rəsmi

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, bundan öncə “Qarabağ” mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.