Pentaqon süni intellektlə bağlı yarım milyard dollarlıq müqavilə imzaladı

Pentaqon “Scale” şirkəti ilə süni intellektinin tətbiqi üçün 500 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi bu şirkətlə əməkdaşlıq edərək məlumatların emalı və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə çalışır. “Scale”nin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Den Tadrosun sözlərinə görə, yeni müqavilə departamentlərin bu texnologiyanı tətbiq etmək öhdəliyini nümayiş etdirir.