Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq

Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini institutlaşdırmaq niyyətindədir.

Bunu Baş nazir Nikol Paşinyan iyunun 8-də parlamentin Dövlət və hüquq məsələləri daimi komitəsinin iclasında Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyanın 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı açıqlayıb.

“Biz bu istiqamətdə işləyəcəyik”, – Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, TRIPP-in (Zəngəzur dəhlizi) ratifikasiya prosesinə yaxın gələcəkdə başlanmalıdır.

“Ermənistan dünyanın qovşağına çevrildiyi bir vaxtda bunun, həqiqətən də, vəziyyəti dəyişdirəcək bir layihə olduğunu qəbul etmək vacibdir”, – Paşinyan vurğulayıb.