Roma Papası Fransisk “Angelus” duası zamanı dünyada yaşanan problemlərə toxunaraq, qütbləşmənin və bir-birinə qarşı nifrətin dağıdıcı təsirinə diqqət çəkib.
Bu barədə Vatikan məlumat yayıb.
Papanın sözlərinə görə, hər bir insan birliyə, ünsiyyətə və dialoqa ehtiyac duyur:
“Tanrının həyatı ecazkardır; o, bizim çox vaxt narahat olan qəlbimizə sülh bəxş edir və bizə Ruhun sevinci ilə qardaş-bacılarımızla görüşməyi nəsib edir”.
O, bu fikri vurğulayaraq bildirib ki, məhz bunun əksinə olaraq, cəmiyyətdəki bölünmələr, qütbləşmələr və fərqliliklərə qarşı nifrət bəşəriyyət üçün dağıntı, kədər və mənəvi quraqlıqdan başqa bir şey gətirmir.




