Ölkə başçısından Röya Ayxan, Miri Yusif vəTünzalə Ağayeva ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmkdar artist Röya Ayxan, əmkdar artist Miri Yusif və müğənni Tünzalə Ağayevaya Xalq artisti fəxri adını verib. Bununla bağlı  məlumat yayılıb.

Məlumatda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Mirbabayev Mir Yusif Mir Heydər oğluna, Nəcəfova Röyalə Yaqub qızına və Ağayeva Tünzalə Qabil qızına “Xalq artisti” fəxri adı verilsin.