“Oazis” tam söküldü – Foto

0
1339

Bir müddət öncə fəaliyyəti dayandırılan və ərazisi supermarketlər şəbəkəsinə satılan Bakının məşhur “Oazis” restoranında söküntü işləri yekunlaşmaq üzrədir.
Əvvəlcə şöküntü işləri içəridən aparılırdı və çöldən hiss olunmurdu. İndi isə fasadlar və hasarlar da sökülür.
Ehtimal edilir ki, sahəsi qorunmaq şərtilə restoranın yerində tikiləcək supermarket çoxmərtəbəli olacaq.
Söküntü işləri ilə məşğul olan işçilərin saytımıza verdiyi məlumata görə, “Oazis” bundan sonra Bayıl ərazisində fəaliyyət göstərəcək. 20 oktyabr tarixindən etibarən restoran tam işə başlayacaq. Bu barədə artıq restoranın bütün işçi heyatinə də məlumat verilib.