Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, dəstək üçün Almaniya, Belçika və Fransadan yanğınsöndürmə briqadaları artıq Niderlanda yola düşüb. Bu, ölkənin meşə yanğınları ilə mübarizə aparmaq üçün rəsmi şəkildə beynəlxalq kömək tələb etdiyi ilk hadisədir. Ölkənin cənub-şərqində yerləşən Eyndhoven bölgəsində, əsasən, Fransa və Almaniyaya məxsus 30-a yaxın yanğınsöndürən avtomobil cəlb olunacaq. Bununla yanaşı, Almaniya əraziyə 67 nəfərlik yanğınsöndürmə mütəxəssisi yola salıb. Qeyd olunub ki, isti hava və quraqlıq vəziyyəti isə söndürmə işlərini daha da çətinləşdirib. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə kəskin quraqlıq şəraitində partlayıcı maddələrdən istifadə edilməklə keçirilən hərbi təlimlər səbəb ola bilər.




