Məşhur yazı ustadı Hidayət Elvüsalın 30 il qabaq söylədiyi bu sözlər hələ də qulağımda səslənir.
Yazmaq istədiyimiz saysız fikirlər olsa da (əlbəttə ki, bu, həyatı yazıya bağlı olanlara aiddir) hər zaman daha maraqlı, vacib olanı seçməyə çalışırıq.
Bu fikirlər, suallar ömür boyu bitmir.
Nə qədər yazsaq da ürək boşalmır, yeni fikirlərlə dolur, həyat davam edir.
Fikirləri bölüşmək səbəbi insanlıq ehtiyacıdır, həyat prinsipidir, yaşam durumunun əsasıdır.
Bu paylaşımlar ömür salnaməmizə özünə məxsus, müvafiq möhürlərini vurur.
Bəşər övladının fikirləri, əməlləri fərqli olduğu kimi, onlara verilən qiymət də fərqli dünyalarda qovuşur. Qəlbimizin, həyatımızın mənəvi və real dünyalarında…
Yazmağı bacarmayanlar da danışır. Onları dinləyib yazanlar da var, fərqli yazı nümunələrində- müsahibələr, xəbərlər, hekayələr, şeirlər və s…
Hə, bu da bacarıq aspektlərinə bölünür.
Nə yazdığımızı bilək, özünə yazıçı sözünü yaraşdırmayan özünə yazar adı verir. Buna qarşı da çıxanlar var.
Fikirlər, düşüncələr, baxışlar, dəyərlər fərqli dünyalar yaradır. Bu dünyalara da baş vurub nə isə öyrənməyə çalışırıq. Öyrəndiklərimizin hamısını qəbul edirikmi?
Zamanla həyati, elmi düşüncələr, durumlar necə dəyişirsə, baxışlar, əməllər, qiymətlər də dəyişir.
Suallar bitməyəcək. Doğulandan ölənə qədər bitmir. Cavabları olanlarla yaşasaq da… Bu cavabların çoxu ilə razılaşmasaq da…
- Mən bu gün nə yazdım?
- Yalnız düşüncələr…
- Niyə yazdım?
- Qəlbimi boşaltmaq üçün.
- Nədən yazdım?
- Fikirlərimdən…

Sənubər Səhər