Kolumbiya parlamentinin aşağı palatasının İttihamlar Komissiyasının sədri Qloriya Arisabaleta Prezident Qustavo Petronun iyunun 21-nə qədər vəzifəsindən kənarlaşdırılması barədə göstəriş verib.
Bu barədə “El Tiempo” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, qərar təminedici tədbir qismində qəbul edilib. İyunun 9-da komissiya siyasi təşviqatda mümkün qeyri-qanuni iştirakına görə Petroya qarşı iki intizam araşdırması başladıb. Buna prezidentin ictimai çıxışları, xüsusən də Kordova departamentindəki müxalifətə qarşı hücum xarakterli nitqi səbəb olub.
Kolumbiya Dövlət Şurası daha əvvəl dövlət başçısına cari seçki prosesinə müdaxilə etməyi qadağan etsə də, Petro bu məhdudiyyətlərə məhəl qoymayıb. Təşviqat qadağası prezidentin ictimai çıxışlarına, rəsmi hökumət televiziya və radio kanallarındakı yayımlara, həmçinin rəqəmsal platformalardakı paylaşımlara şamil edilir.




