Kadir İnanır reanimasiyaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Kadir İnanır yenidən xəstəxanaya yerləşdirilib.

Ötən gecə aktyorun səhhətində problem yaranıb.

Xəstəxanada ona pnevmoniya (ağciyər iltihabı) diaqnozu qoyulub.

Sənətçi reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, 77 yaşlı sənətçi daha öncə də bir neçə dəfə xəstəxanalıq olub.