İstanbulda böyük əməliyyat – 110 nəfər saxlanıldı

İstanbulun üç vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

114 ünvana eyni vaxtda keçirilən reydlərdə 110 şübhəli saxlanılıb.

Təhlükəsizlik qüvvələri daha 5 şübhəlinin tutulması üçün səylərini davam etdirir.

İstanbul Baş Prokurorluğu əməliyyatla bağlı açıqlamasında Yalovadakı hücumu xatırladıb və saxlanılanlardan 41-nin həmin hücumla əlaqəli olduğunu qeyd edib.

Vurğulanıb ki, bu şəxslərin Yeni il günü oxşar hücuma cəhd edə biləcəyinə dair məlumatlar var.